Gədəbəy rayonunda, dəniz səviyyəsindən təxminən 2000 m yüksəklikdən çıxan təbii bulaq suyu gigiyenik sertifikatlı borular vasitəsilə içərisi emal olunan çənlərə yığılır və Bakı şəhərində istehsal sahəsinə nəql olunur.Gədəbəy rayonundan Bakı şəhərinə avropa istehsalı olan paslanmayan germetik çənlər vasitəsi ilə gətirilir.
Su istehsal sahəsində binanın zirzəmi hissəsində yerləşən, antibakterial izolyasiya olunmuş çənə yığılır. Buradan su mexaniki filtrasiya mərhələsindən keçirilir (qum və kömür filtrlərindən), daha sonra ultrabənövşəyi şüalarla emal olunur və ozonlaşdırılır.
Ozonlaşdırılmış su mexaniki filtrlərdən yenidən keçirilərək dolum
aparatlarına verilir. Burada balonlar avtomatik ikiqat yuma prosesindən (daxildən
və xaricdən) keçirilir.
Avtomatik dolum və qapaqlama prosesləri xüsusi avadanlıq vasitəsilə həyata
keçirilir. Su mənbədən süfrənizə qədər insan əli toxunmadan çatdırılır.
İstehsal prosesi tam avtomatikdir.